Archive for Yanvar, 2012


::: bəlkə gedək?.. ::

bəlkə gedək buralardan?
ildırımların çaxmadığı, insanların ağlamadığı bir yerə
bizə oyunlar oynayan, bizi əzən, bizi basdıran şəhərə
xəyanət edək
bəlkə gedək buralardan?
barmaqlarımızın üstüylə hərəkət edərək səssiz
sən və mən – kimsəsiz
tərk edək hər şeyi
yazda gələn qaranquşları gözləmədən
ilk açan çiçəkləri qoxlamadan
iradəmizi yoxlamadan

bəlkə gedək buralardan?
qapıları açıq qoyaq, rahat axtarsınlar bizi
buludlarda gizlədərik kölgəmizi
ağaclara tapşırarıq deməzlər hara gedirik
bəlkə gedək buralardan?
sfetafor olmayan küçələrdə addımlarıq
heç kim qarışmayacaq ki
istədiyimiz cür xəyala dalarıq

bəlkə gedək buralardan?
saçlarımızı kəsək dibindən, hörüklərin azad olsun
kağızdan ev düzəldək, əllərimizi isitsin
sən nəğmə oxu, mən gitara çalım
bizi tüm dünya eşitsin

gedək?!

pi.es: qulağ assaz peşman olmazsız

::: getdin gecə :::

“biz”i xatırlamaq çətin, “sən”i xatırlamaq asan
sənin xəyanətin doğru, sənin məhəbbətin yalan
sevərik bir-birimizi, belə edirdim mən güman
sən tərk edib getdin gecə, qaldım kölgənlə baş-başa..

xəyalımda axtarırdım, səni, sənli günləri mən
yuxularda qaytarırdım səni, sənli günləri mən
hər an yadda saxlayırdım səni, sənli günləri mən
sən tərk edib getdin gecə, qaldım kölgənlə baş-başa..

ağlımdan getməz heç zaman, saçların, gözəl gözlərin
qəlbimdə qalır hələ də, silinməyəcək izlərin
kitab oldu, əsər oldu, söylədiyin hər sözlərin
sən tərk edib getdin gecə, qaldım kölgənlə baş-başa..
sən tərk edib getdin gecə, qaldım kölgənlə baş-başa…..

Follow

Get every new post delivered to your Inbox.