Tag Archive: bax


::: baxma! :::

Ürəyinin səsini sən dinləmə,

İstəmirəm mənə heç nə eyləmə,

Mənə bir daha “sevirəm”  söyləmə,

Gedirəm arxamca dönüb baxma, yar!

*********************************

Sevdiyini sanmışam, aldanmışam,

Yaşadığım günlərçün utanmışam,

Sevgi ünvanında tək dayanmışam,

Gedirəm arxamca dönüb baxma, yar!

*********************************

Ürəyim sənin qəlbində yaşadı,

Deyirdilər ürəyiniz qoşadı,

Bax ürəyin ürəyimi boşadı,

Gedirəm arxamca dönüb baxma, yar!

*********************************

Etdiklərin qəbahətdi deyirəm,

Daha bəsdi, kifayətdi deyirəm,

Xəyanətdi, xəyanətdi deyirəm,

Gedirəm arxamca dönüb baxma, yar!

*********************************

Qəlbim alovlanıb yanır, alışır,

Göz yaşlarım al qanlara qarışır,

Ürək səni unutmağa çalışır,

Gedirəm arxamca dönüb baxma, yar!

*********************************

Məni sən sevmişdin təkcə, dünya yox,

Dərdliyəm dərdimə şəfa-dəva yox,

Bircə kərə sevirəm, bir daha yox,

Gedirəm arxamca dönüb baxma, yar!

*********************************

Kədər ürəyimi ovcuna aldı,

Yaşadığım sanki dərin xəyaldı,

İşıqlı günlərım birdən qaraldı,

Gedirəm arxamca dönüb baxma, yar!

*********************************

Göy üzü qara buluda büründü,

Qəlbim sənin arxanca hey süründü,

Mənə də ayrılıq yolu göründü,

Gedirəm arxamca dönüb baxma, yar!

*********************************

P.S: Bu şeiri 2010-cu ilin əvvəllərində yazmışam.

qulaq asmanız məsləhətdi…

::: nə tez :::

 

 

 

 

 

bu gün tamam oldu 2 ilimiz,

ayrılığa nə tez öyrəşmisən sən?..

bir daha açmadı solan gülümüz,

ayrılığa nə tez öyrəşmisən sən?..

 

vurduğun yaralar qəlbimi dəlir,

ayrıldığımızı bax hər kəs bilir,

üzün gülür, həm də ürəyin gülür,

ayrılığa nə tez öyrəşmisən sən?..

 

itirmək istəməzdim heç vaxt səni,

sevməyəcəm daha kimi-kimsəni,

yaşayırsan heç nə olmamış kimi,

ayrılığa nə tez öyrəşmisən sən?..

 

ağlama demək olarmı heç gözə?

kimlər oyun oynadı görən bizə?,,,

qayıdışın olardı bir möcüzə,

ayrılığa nə tez öyrəşmisən sən?..

 

dərdimi danışıram qaranlığa,

ağlımdan çıxmırsan heç bir anlığa,

mən dözə bilmirəm bu ayrılığa,

ayrılığa nə tez öyrəşmisən sən?..

 

 

qulaq asın…

 

::: gecikmiş qərar :::

 

 

Saxta gülüşlərlə aldatdın məni,

Səndə aldanarsan saxtalıqlarla,

“O” da bir gün tərk eyləyəcək səni,

İrəliləyəcəksən qaranlıqlarla.

 

 

İndi ödəşmişik sən də tənhasan,

Dərdlər içərisində qıvrılırsan,

Sanma ki, hələdə ayrı dünyasan,

Hətta özün özündən ayrılırsan.

 

 

Ne gəldi əlinə belə etməklə?

Xoşbəxtçilik yoxsa quru məhəbbət?

Səhv eylədin məni atıb getməklə,

Bax sənə də qismət oldu xəyanət.

 

 

Mən keçdiyim yolu indi keçirsən,

Ağlayırsan gecə-gündüz, hər zaman,

Unutma ki, yolu özün seçirsən,

Təsəllin olacaqdır sənin yalan.

 

 

Sənə yer tapılar sevgi şeirində,

Necə qırıq ürək buraxdın dalda?..

Geriyə yol yoxdur, dayan yerində.!.,

Qarşına bax, daha büdrəmə yolda…

 

 

P.S: Bu şeiri 6 yanvar 2011-ci il saat 23:08-də yazmışam. Oxudum, istədim bura da əlavə eliyim…..

 

 

qulaq asın…

 

 

::: bax :::

 

 

 

 

düz bax qarşına, düz bax görəssən məni,

 

biraz da diqqətlə bax bəlkə də sevəssən məni,

 

girəcəm sənin o pulu düşünən kasad beyninə,

 

başqasına fikir verincə biraz  fikir ver geyiminə,

 

çöp axtarma başqasının gözündə çöp səndədi,

 

ipivi vermə heç kəsə necə ki indi ip səndədi,

 

səndə məndədi oynumuz kim qaçır qabaqda,

 

görəsən niyə oynuyuruq biz bu oyunu qaranlıq otaqda?,,,

 

yataqda bir nəfər o birisi yataq altında,

 

biraz hündürdə dayan yoxsa qalarsan ayaq altında,

 

kök altında qalma kvadrata yüksəlmək pulladı,

 

kimisi köhnə əşyasını kimisi ortaya sözünü tulladı,

 

götürdü yiyəsi sözünü sandı ki bir xəzinədi,

 

sevindi sevincindən opbandı “urrrraaaa” dedi,

 

yalan həyatdı, amma ki rahatdı böylə yaşamaq,

 

səninçün də rahatdımı dinlən, söylə yaşamaq?,,,

 

boşamaq istərəm mənə baxan neçə yanıqlı gozləri,

 

həyat yolunda etdiyim səhvlərim apardı düzləri,

 

dənizləri, çayları, gölləri qurutmaq istərəm,

 

sevginin içində yatan beyinləri oyatmaq istərəm,

 

bilmədim nə mövzusunda yazdım mən bu şeirimi,

 

cəmiyyətçün hələ də görmürəm özümün xeyirini….

Follow

Get every new post delivered to your Inbox.