Tag Archive: eşq


::: Sən – Siz :::

səs, sakit səs, yavaşca tənha ürəyin döyüntüsü
qovulmuş sevgi sığınmış bir avuca
səni xatırladan nəfəs
görüntüsü aldadan bir rəsm kimi
gözləri yandıran anda
səsim kimi titrəyən əllərim səni
buraxmaq istəmirdi başqa birinə
mən səni düşündüyümdə
sənin düşündüyün başqa
mən qucaqlayıram sənli rəsmləri
sənsə qucaqlayırsan bir başqa bədən
mən xatırlayıram səni və keçmişi
sənsə cızırsan özünə bir gələcək mən bilmədən
mən gəzirəm tənha yalnız
sən gəzirsən bir yanında yoldaşın və sevimli qız

qucaq açıb kədərlərə və şəraba əsəbləşib
ayırdım şərabı öz şüşəsi ilə
fikirləşib, ağladım sənsikliklərə
günəşi qoymadım saçsın, bu gün yalnız gecə olsun
gecələr ağlamaq daha asan olur, fikirləşdim necə olsun?
mənim sənsiz keçirtdiyim dəqiqələr
mən də tərk etmək istədim sənsizliyi
yeni sevgi romanı yaz, boş qalmasın səhifələr

daha razılaşdım sənsiz yaşamağa
özüm, günəş, şərab və mənim ……..
nöqtələr də mane olur
cümlələri uzatmağa …

divarlarla danışıram, səndən gözəl xatirələr
divar danışır susuram, hey ağlayır pəncərələr
ikimizdən söhbət düşdü, danışdım ilk görüşlərdən
ürəyin bərk döyüntüsü, utancaq ilk öpüşlərdən
xatirələr, xatirələr..

ocaq yanır, danışıqlar, qəlbi ovsunlayan baxış
biz əl-ələ tutuşuruq, sevgimiz toxuyur naxış
biz susmuşuq, sükut çöküb, səs-küylü, qışqırıq, küçə
insanlar da susur daha, ulduzlarla dolur gecə
həzin nəğmə, yağan yağış..

sözlər yan-yana düzülür, nəğməyə dönür səsimiz
heç kim yoxdur, heç nə yoxdur, bizim dünya və ikimiz
yanan ocaq sönür daha, düşür yavaşca qaranlıq
sevən qəlbimiz nur saçır, küçə səssiz və toranlıq
baxan gözlər, tənha dəniz..

qulaq asılası bir mahnı…

şeir yazmaq istəyirəm, mən püskürən vulkanlardan

 

biraz uzaq gəzməliyəm çox öskürən insanlardan

 

şeir yazmaq istəyirəm aldadılmış duyğulardan

 

şeir yazmaq istəyirəm cavabsız qalan sorğulardan

 

daha neçə-neçə mövzulardan yazmaq istəyirəm

 

məndən zəif olanlara bir neçə kəs uduzmaq istəyirəm

 

bezmişəm qalib olmaqdan nə qədər qalibiyyət?

 

10 barmağımın hərəsində bir başqa cür qabiliyyət

 

şeir yazmaq istəyirəm mövzusu olsun “i love you”

 

mənə please salfetka ver, amma ki olsun quru

 

batıbdı şeir yazdığım vərəqin sol tərəfi

 

kiminçün satılır evi, maşını, işi, şərəfi

 

şeir yazmaq istəyirəm üzdə patriot olanlardan

 

şeir yazmaq istəyirəm ağac kimi görsənib ot olanlardan

 

şeir yazmaq istəyirəm, amma bilmirəm nədən yazım

 

bəlkə yasdan, mərsiyyədən, həm də cənazədən yazım

 

şeir yazmaq istəyirəm sevgidən, eşqdən, məhəbbətdən

 

şeir yazmaq istəyirəm yalandan, aldatmaqdan, xəyanətdən

 

nifrətden yazmaq istəyirəm, insanların maskalı üzlərindən

 

doğrunu gizlətməkçün eynək taxan, linzalı gözlərindən

 

daha bəsdir, kifayətdir bu qədər misralar yetər

 

mənim növbəti sətirlərim gözlərinizdən itər..

 

 

qulaq asın…

 

::: olmayacaqsan :::

 

 

 

 

 

istəmirəm daha gəlmə,

istəyirsən öl, ya ölmə,

istəyirsən gül, ya gülmə,

sən mənim olmayacaqsan..

 

qəlbimin sirri səndədi,

sən nə bilirsən eşq nədi?

o da mənə bu cür dedi:

“sən mənim olmayacaqsan”.

 

eşq naməsini göndərir,

üzünü mənə döndərir,

zamanın özü göstərir,

sən mənim olmayacaqsan.

 

sən də sevgi üçün sürün,

qəlbimə vurmusan düyün,

üsyan etdi qəlbim hər gün,

sən mənim olmayacaqsan.

 

ölmək istədim mən hətta,

səndən əl çəkmərəm əsla,

karandaşla yazdın misra:

“sən mənim olmayacaqsan”.

 

P.S: Bu şeiri 11 yanvar 2011-ci ildə saat 01:50-də yazmışam.

 

qulaq asın…

 

Follow

Get every new post delivered to your Inbox.