Tag Archive: gecə


::: sev bizi, Tanrı! :::

sev bizi, ağlatma Tanrı
duy bizi, unutma Tanrı
sev, qoxla, həyat ver, günəş ver
gəldiyin yerə qayıtma Tanrı
müharibələrdə gizlət
silahları, kin, nifrəti
hər yeri et azad Tanrı
Tanrı həyat, həyat Tanrı?
sənin kimin-kimsən yoxmu? sən də ağlayırsanmı heç?
kədər bilirsənmi nədir?
dadmısanmı heç ölümü?
söylə kimlər qəlbindədir?

mən bilirəm, yad deyil sənə xəyanət
insanlar daddırdı sənə bu duyğunu
ağladınmı sən də o an?
söylə, kiminlə yaşamısan məhəbbət?
gizli-gizli görüşmüsən söylə kimlə?
şeir yazmısanmı söylə
cümlələrin sözsüz qalıbmıdır söylə?!
sən də susma
danış mənlə

üşümüsənmi sən qarlı gecələrdə
Tanrı, yalnız qalmısanmı küçələrdə?
ayaqyalın gəzmisənmi şəhəri sən,
xəstəxanada gözünü açmısanmı səhəri sən?
“imdad, kömək” deyə bağırdınmı Tanrı?
deyəsən suallar çox oldu bu dəfə
sən heç imtahanda olmamısan Tanrı

məni sev, bizi sev, insanları sev
sev!
sev!
sev ey Tanrı!

::: sən mənimsən :::

 

 

 

mən binayam, pəncərəmsən,
mən bir çayam, sən dərəmsən,

mən Əsliyəm, sən Kərəmsən,

mən bir evəm, sən bacamsan,
mən bir səsəm, sən sədamsan,
mən damaram, sən qanımsan,
mən bədənəm, sen canımsan,
mən ağacam, yarpağımsan,
mən çinaram, budağımsan,
mən öləcəm, cəlladımsan,
mən bir quşam, qanadımsan,
mən çiçəyəm, ləçəyimsən,
mən insanam, mələyimsən,

mən ürəyəm, damarımsan,
mən fikirəm, qərarımsan,
mən şeirəm, sən hecamsan,

mən aşağı, sən ucamsan,

mən ünvanam, sən küçəmsən,

mən bir işıq, sən gecəmsən,

mən buludam, yağışımsan,

mən bir gözəm, sən yaşımsan,

mən müəlliməm, tələbəmsən,
mən oyunam, qələbəmsən,
bircə onu bilirəm ki,
SƏN MƏNİMSƏN……….

 

 

qulaq asın…

 

 

::: son kəs :::

 

 

 

 

son kəs ağlayıram bu gün,

etdiyin xəyanətinə,

inandım məhəbbətinə,

sən demə yanılmışam mən,

dərin-dərin xəyallara dalmışam mən,

qalmışam mən ürəyində?

yox məncə,

neçə gecə gözləmişəm mən yolunu,

neçə gecə, neçə gecə,

indi bilməyirəm necə,

görə bilim o simanı,

sevgimizin hər bir anı,

çıxmayacaq yaddaşımdan,

soruşuram göz yaşımdan,

niyə məni atdı getdi?

cavab vermir, susur, dinmir,

keçmişim geriyə dönmür,

sönmür sevgimi yandıran alov, atəş,

götürübdür ürəyimi girov atəş,

yadına salırmı görən o heç məni?

yox məncə,

badəyə şərab kimi töküb iç məni,

darıxıram, darıxıram,

bilirəm bir daha görməyecəm onu,

göylərə yüksələn məhəbbətin sonu oldu belə,

unudacağam səni mən neçə ilə?

məncə unutmayacağam,

qəlbi ovutmayacağam,

qəlbimin dərinliyində olacaqsan,

toxunulmaz varlıq kimi qalacaqsan,

son göz yaşlarım səninçün axacaqdır,

yaşlı göz hey arxanca baxacaqdır….

Follow

Get every new post delivered to your Inbox.