Tag Archive: geri


::: gecikmiş qərar :::

 

 

Saxta gülüşlərlə aldatdın məni,

Səndə aldanarsan saxtalıqlarla,

“O” da bir gün tərk eyləyəcək səni,

İrəliləyəcəksən qaranlıqlarla.

 

 

İndi ödəşmişik sən də tənhasan,

Dərdlər içərisində qıvrılırsan,

Sanma ki, hələdə ayrı dünyasan,

Hətta özün özündən ayrılırsan.

 

 

Ne gəldi əlinə belə etməklə?

Xoşbəxtçilik yoxsa quru məhəbbət?

Səhv eylədin məni atıb getməklə,

Bax sənə də qismət oldu xəyanət.

 

 

Mən keçdiyim yolu indi keçirsən,

Ağlayırsan gecə-gündüz, hər zaman,

Unutma ki, yolu özün seçirsən,

Təsəllin olacaqdır sənin yalan.

 

 

Sənə yer tapılar sevgi şeirində,

Necə qırıq ürək buraxdın dalda?..

Geriyə yol yoxdur, dayan yerində.!.,

Qarşına bax, daha büdrəmə yolda…

 

 

P.S: Bu şeiri 6 yanvar 2011-ci il saat 23:08-də yazmışam. Oxudum, istədim bura da əlavə eliyim…..

 

 

qulaq asın…

 

 

::: yalan :::

 

 

 

 

 

mənə yalan söyləyiblər, bilirəm,

sevməmisən sən heç məni, anladım,

güzgünün qarşısına mən keçərək ,

dayanmadan hey özümü danladım.

 

necə aldanmışam sənin sözünə?..

özümdən də çox sənə inanırdım,

özümün sevgisindən də hətta çox,

sənin məni sevdiyini sanırdım.

 

sənin məni aldatdığından sonra,

heç özümə də inana bilmirəm,

o qədər əzab çəkirəm ki indi,

bu əzablara dayana bilmirəm.

 

niyə axı mənə yalan söylədin?

yandırdın sevgi şamımı  işıqda,

səni dəli kimi sevən ürəyim ,

indi olub darmadağın, qırıq da.

 

geri dönəcəyinə ümid yoxdu,

yuxularda belə mənə dönmürsən,

sənə “mələyim” deyərdim hər dəfə,

amma mələktək göylərdən enmirsən.

 

sənsizliyin xəyalını qururam,

qaranlıq otaq və çürümüş ürək,

toxuna bilməcəyəm sənə mən,

sənsizliyə də öyrəşim mən gərək.

Follow

Get every new post delivered to your Inbox.