divarlarla danışıram, səndən gözəl xatirələr
divar danışır susuram, hey ağlayır pəncərələr
ikimizdən söhbət düşdü, danışdım ilk görüşlərdən
ürəyin bərk döyüntüsü, utancaq ilk öpüşlərdən
xatirələr, xatirələr..
ocaq yanır, danışıqlar, qəlbi ovsunlayan baxış
biz əl-ələ tutuşuruq, sevgimiz toxuyur naxış
biz susmuşuq, sükut çöküb, səs-küylü, qışqırıq, küçə
insanlar da susur daha, ulduzlarla dolur gecə
həzin nəğmə, yağan yağış..
sözlər yan-yana düzülür, nəğməyə dönür səsimiz
heç kim yoxdur, heç nə yoxdur, bizim dünya və ikimiz
yanan ocaq sönür daha, düşür yavaşca qaranlıq
sevən qəlbimiz nur saçır, küçə səssiz və toranlıq
baxan gözlər, tənha dəniz..
mən binayam, pəncərəmsən,
mən bir çayam, sən dərəmsən,
mən Əsliyəm, sən Kərəmsən,
mən bir evəm, sən bacamsan,
mən bir səsəm, sən sədamsan,
mən damaram, sən qanımsan,
mən bədənəm, sen canımsan,
mən ağacam, yarpağımsan,
mən çinaram, budağımsan,
mən öləcəm, cəlladımsan,
mən bir quşam, qanadımsan,
mən çiçəyəm, ləçəyimsən,
mən insanam, mələyimsən,
mən ürəyəm, damarımsan,
mən fikirəm, qərarımsan,
mən şeirəm, sən hecamsan,
mən aşağı, sən ucamsan,
mən ünvanam, sən küçəmsən,
mən bir işıq, sən gecəmsən,
mən buludam, yağışımsan,
mən bir gözəm, sən yaşımsan,
mən müəlliməm, tələbəmsən,
mən oyunam, qələbəmsən,
bircə onu bilirəm ki,
SƏN MƏNİMSƏN……….