Tag Archive: urek


divarlarla danışıram, səndən gözəl xatirələr
divar danışır susuram, hey ağlayır pəncərələr
ikimizdən söhbət düşdü, danışdım ilk görüşlərdən
ürəyin bərk döyüntüsü, utancaq ilk öpüşlərdən
xatirələr, xatirələr..

ocaq yanır, danışıqlar, qəlbi ovsunlayan baxış
biz əl-ələ tutuşuruq, sevgimiz toxuyur naxış
biz susmuşuq, sükut çöküb, səs-küylü, qışqırıq, küçə
insanlar da susur daha, ulduzlarla dolur gecə
həzin nəğmə, yağan yağış..

sözlər yan-yana düzülür, nəğməyə dönür səsimiz
heç kim yoxdur, heç nə yoxdur, bizim dünya və ikimiz
yanan ocaq sönür daha, düşür yavaşca qaranlıq
sevən qəlbimiz nur saçır, küçə səssiz və toranlıq
baxan gözlər, tənha dəniz..

qulaq asılası bir mahnı…

Qəlbindəki sevgini yağış yuyub apardı
Sevərkən məni səndən, səni məndən qopardı
Biz sənlə gizlənərdik, sevgi bizi tapardı
İndi axtarıram mən, nə sevgi var, nə də sən…

Ne tez payız gəldi ki, heç yaya doymamışkən
Əhvalım hava kimi, hər an olub dəyişkən
Nə tez ayrıldın məndən, sevgimdən doymamış sən
İndi axtarıram mən, nə sevgi var, nə də sən…

Ağladınmı gecələr, hər kəsdən gizdi-gizdi
Sanırdım xoşbəxt idik, ikimiz-sizdi-bizdi
Ürəyimdə yaralar səndən qalan tək izdi
İndi axtarıram mən, nə sevgi var, nə də sən…

Qəlbimin sevincini, əsdi, dağıtdı külək
Sevgini daşıyırdı, ağlayırdı kəpənək
Mən səninçün qəhrəman, sən mənimçün bir mələk
İndi axtarıram mən, nə sevgi var, nə də sən…

Duyğularımdan sənə hədiyyə bağlamışdım
Verdiyin məhəbbəti qəlbimdə saxlamışdım
Sen gedərkən bilirsən nə qədər ağlamışdım?
İndi axtarıram mən, nə sevgi var, nə də sən…

İndi tək oturmuşam, düşünürəm tək səni
İtirmək çox çətindi dəhşət sevərək səni
Bilmirəm mən bilmirəm, unutmur ürək səni
İndi axtarıram mən, nə sevgi var, nə də sən…

Daha yazmayacağam, söz verirəm özümə
Üsyan edirlər daha göz yaşlarım gözümə
Xoşbəxtsənsə nə yaxşı, fikir vermə sözümə
İndi axtarmaram mən, nə sevgini, nə səni…..

::: sevgilimmm :::

 

 

 

mənə bi dənə denən səni çoooxxx sevirəm

 

mən də qucaqlayım sənii

 

məni dinlə eşit qulaq as sözlərimə

 

həyəcan ürək döyüntüsü boğub mənii

 

tüklərim olubdu biz-bizzzzzzzzzz

 

məni bürüyübdü qəribə hisssssssss

 

qəlizzzzzzz cümlələr qurmuram

 

mahnının təsirinnən uymurammmmmmmm

 

göylərdəyəm buludlardayam

 

sənə nə var mən indi hardayam?

 

yağışdayam, tufandayam, qardayam

 

yerə enmişəm bulvardayamm

 

mənim məhəbbətim yaramazzzzzzzzz

 

az gəl buraa, azzzzzz azzzz azzzzz

 

tutub səni dişliyim yanağınnan

 

bir öpüş isdiyirəm dodağınnan

 

elə öp ki mən donum yerimdə

 

mən də sənə ucuz öpüş verim dəəə

 

sığallayım yavaşca tellərini

 

sonra ürəyimə qoyum əllərini

 

sənin əllərin buzzzzzzzz kimi

 

yaramı sağaldırsan duzzzzzzzz kimi

 

qoz kimi sənin sevgilin var

 

qozdan da lap qozzzzzzz kimi

 

bəsdi bu qədər söhbətimiz otaqda

 

gec oldu gedəy yataq daaaaaa

 

 

P.S: bəlkə də çox adam bəyənmiyəcək…

 

qulaq asın…

 

Follow

Get every new post delivered to your Inbox.