Tag Archive: xəyanət


::: sevirik :::

 

 

 

 

gözlərinə baxışlarımın toxunuşu

 

ürəyinə sevgimin girişi

 

qanadlandırır bizi mavi səmaya

 

yanaqlarımıza öpüşün qonuşu

bizi səmadan da yüksəyə ucaldır

təkrar hislər təkrar sevgilər

cavan yaşda ruhumuzu qocaldır

ayağımın altına sərilmiş 2 qürur

biri sənin biri mənim

içimdəki 2 nəfərlik mənzil

biri sənin biri mənim

gəl sənlə xəyanətə xəyanət edək

necə ki bizə paxıllığı tutur

yanmış ehtirasımızın küllərini sovuraq dünyaya

qarşımda otur

əllərinlə dəyişdir simamı

bir daxil olaq eyni röyaya

röyada qucaqla məni

əl-ələ tutub var güclə qışqıraq

SEVİRİK

payızda ağacdan düşən yarpaqları sayaq

bir-birimizi qucaqlayaraq

bir daha qışqıraq

SEVİRİK

 

P.S: Bu səfər istədim qafiyədən istifadə etmiyim, yəni heç kim səhv tutmağa çalışmasın ki, qafiyə yoxdu. Bu heç şeir deyil..

 

qulaq asın..

 

::: vəfasız :::

 

 

 

 

 

söz vermişdin səvəcəkdin,

hanı sözün?

bitti hər şey,

sona çatdı,

öz-özümə deyirəm bu nə həyatdı?

batdı mənim qəlbim sevgi dəryasında,

dünyasında yoxam artıq,

zəhər qarışıbdır artıq göz yaşıma,

ad yazmayın baş daşıma,

yaddaşıma qəbir qazın,

ölüb daha,

kəfən geyib bəyaz, bəyaz,

sevgi dəryam dayaz, dayaz,

yaz gəlsə də qışdayam mən,

hər tərəfə günəş doğub,

amma ki yagışdayam mən,

damcıları düşür yanan ürəyimə,

amma söndürə bilməyir,

qanım donub damarımda,

qar görürəm baharımda,

xəzansız keçdi payızım,

zamansız oldu ayrılıq,

taqət tükəndi, bədənim alıb yara,

hər tərəfim olub qara,

yaşamağım çox mənasız,

AY VƏFASIZ,

hara getdin?

süqut eylədi məhəbbət,

göz yumdu ədalətsizliyə,

hələ də mən sənsizliyə

dözməliyəm?

əzməliyəm xəyanəti,

mən görmək istərəm gözündəki  məni,

görəsən hiss etdin özündəki məni?

sevəcəkdik biz yalansız,

AY VƏFASIZ,

xoşbəxt ol…

 

 

::: son kəs :::

 

 

 

 

son kəs ağlayıram bu gün,

etdiyin xəyanətinə,

inandım məhəbbətinə,

sən demə yanılmışam mən,

dərin-dərin xəyallara dalmışam mən,

qalmışam mən ürəyində?

yox məncə,

neçə gecə gözləmişəm mən yolunu,

neçə gecə, neçə gecə,

indi bilməyirəm necə,

görə bilim o simanı,

sevgimizin hər bir anı,

çıxmayacaq yaddaşımdan,

soruşuram göz yaşımdan,

niyə məni atdı getdi?

cavab vermir, susur, dinmir,

keçmişim geriyə dönmür,

sönmür sevgimi yandıran alov, atəş,

götürübdür ürəyimi girov atəş,

yadına salırmı görən o heç məni?

yox məncə,

badəyə şərab kimi töküb iç məni,

darıxıram, darıxıram,

bilirəm bir daha görməyecəm onu,

göylərə yüksələn məhəbbətin sonu oldu belə,

unudacağam səni mən neçə ilə?

məncə unutmayacağam,

qəlbi ovutmayacağam,

qəlbimin dərinliyində olacaqsan,

toxunulmaz varlıq kimi qalacaqsan,

son göz yaşlarım səninçün axacaqdır,

yaşlı göz hey arxanca baxacaqdır….

Follow

Get every new post delivered to your Inbox.