Tag Archive: yol


::: probka – tıxac :::

 

 

 

probka… tıxac… bu mövzu məni heç maraqlandırmasa da yuxunun gəlməməsindən bu haqda yazacam..

Bakının əksər yerlərində zaman-zaman, bəzi yerlərində həmişə probka görmək olur. neçə körpülər tikildi, neçə tunellər istifadəyə verildi, amma demək olar çoxunun köməyi də dəymədi, necə deyərlər körpülər yaralı barmağa da i….di. amma heç kim çıxıb layihə rəhbərlərinə demədi ki, a bala bu nə işdi görmüsüz, yenə köhnə hamam köhnə tasdı.. əsas onlara körpü, tunel lazım deyildi, göz qabağındadi onlara lazım olan şeylər.

Elə də fəxrnən Eurovision-a hazırlaşırlar ki, elə də pullar töküllər ki, birinciliyə can atırlar ki guya 1-ci yerə çıxanda gələn ilki kanserti təşkil eləməyi bacaracaqlar,,, əslində bacararlar, hər halda bacarmasalar eləməzlər. əgər bacarırlarsa, 1 ilə 30-40 minlik qapalı stadion və ya konsert zalı tikə bilirlərsə, bəs niyə adi bir körpünü 2-3 ilə tikirlər?? adicə 1 dənə keçidi 1 ilə ancaq hazır eliyirlər. bu sualın cavabını mənnən də yaxşı bilirsiz..  güclü də hotellər var axı, gələn turistləri qəbul eləməyə, hotellərdə də turist probkası yaranacaq, birdə görəssiz ki, parkda skameykanın üstündə yatan bomujların sayı çoxalıb, bomujlar öz skameykalarını bölüşəcək turistlərnən. deyirəm görəsən layihənin özündə də olur ki, yollar asfaltdanacaq və üstünnən 1 ay keçməmiş durba partdıyacaq asfaltı qazacaqlar?… onsuzda onlar qazmasa da o asfaltın ömrü çox deyil. nəysə yekunlaşdırım, uzandıqca uzanır..

 

P.S: yanımızda yollarda yenidənqurma işləri aparılır, minimum 2-3 il ömrüm-günüm qəşəycənə ……… .

 

qulaq asın…

::: gecikmiş qərar :::

 

 

Saxta gülüşlərlə aldatdın məni,

Səndə aldanarsan saxtalıqlarla,

“O” da bir gün tərk eyləyəcək səni,

İrəliləyəcəksən qaranlıqlarla.

 

 

İndi ödəşmişik sən də tənhasan,

Dərdlər içərisində qıvrılırsan,

Sanma ki, hələdə ayrı dünyasan,

Hətta özün özündən ayrılırsan.

 

 

Ne gəldi əlinə belə etməklə?

Xoşbəxtçilik yoxsa quru məhəbbət?

Səhv eylədin məni atıb getməklə,

Bax sənə də qismət oldu xəyanət.

 

 

Mən keçdiyim yolu indi keçirsən,

Ağlayırsan gecə-gündüz, hər zaman,

Unutma ki, yolu özün seçirsən,

Təsəllin olacaqdır sənin yalan.

 

 

Sənə yer tapılar sevgi şeirində,

Necə qırıq ürək buraxdın dalda?..

Geriyə yol yoxdur, dayan yerində.!.,

Qarşına bax, daha büdrəmə yolda…

 

 

P.S: Bu şeiri 6 yanvar 2011-ci il saat 23:08-də yazmışam. Oxudum, istədim bura da əlavə eliyim…..

 

 

qulaq asın…

 

 

Follow

Get every new post delivered to your Inbox.