zülmət gecə, bir də mən,

qalmışıq yaman tənha,

zaman tənha, yalan tənha,

günüm tənha, gecəm tənha,

adsız olan küçəm tənha,

yayım tənha, baharım da,

sevgim getdi qatarımda,

daha geri dönməyəcək,

qatarım da tək vaqonlu,

istəmirəm xoşbəxt sonlu…şeir yazım,

istəyirəm sətirlərdə itim, azım,

istəyirəm tənhalıqdan qurtulum mən,

bağda uçan bülbültək azad olum mən,

hey dolum mən…xoşbəxtliklə,

gözəlliklə…qanadlanım,

işıq saçsın hər bir yanım,

tənhalığım tənha olsun,

əzab çəksin özü ilə,

durmadan axtarsın özün,

öz getdiyi izi ilə,

tənhalıq da çəksin əzab,

tənhalığın üzərinə çöksün əzab,

töksün…isti sevgi şərabını yanan ürəyinə,

daha heç nə çatmayacaq tənhalığın köməyinə,

ağlayacaq hönkür-hönkür dayanmadan,

oyanmadan…yuxusundan diksinəcək…