mənim olmasan da sevirəm səni,

yağışlar yağacaq sevgimin üstə,

sən gir xəyalıma sevindir məni,

xəyalımda məndən qəlbimi istə.

 

daha toxuna bilmərəm əlinə,

o qədər uzaqsan ki, mənə indi,

sığal çəkə bilməyirəm telinə,

artıq lal olan ürəyim də dindi.

 

qaranlıq otaqda əzab çəkirəm,

dözmək olmur sənsizliyin oduna,

ağlayıram dizim üstə çökürəm,

görəsən salırsan məni yadına?

 

bütün şeirlərim sənə hesr olur,

keçmiş sevgilimə salamlar olsun,

günü-gündən ürəyimə qəm dolur,

sənin ürəyinə xoşbəxtlik dolsun…

 

P.S: 3  şeirdən sonra məqalə olacaq , bu 2ci idi.