mənim ağıllı dəlim fikir vermə camaatın sözünə,

mənim ağıllı dəlim kiməsə görə zərər vermə özünə,

mənim ağıllı dəlim yaşa özünçün həyatda,

sənə deyirəm qara günləri yadından çıxart da,

başla yeni şeir yazmağa özün öz sevginə,

çalış bundan sonra baxasan eşqdə düz güzgünə,

əksini tapmasan da olar əsas odur ki, ruhunu gör,

ürəyində olan quldarlıq dövründəki qulunu gör,

mənim ağıllı dəlim əyri asfaltda düz yeri,

bundan sonra addımlar atma heç olmasa geri,

çünki yoxdu yeri alçaltma özün mənliyini,

artıq eybəcər sevgində itiribdir öz gözəlliyini,

mənim ağıllı dəlim başını sal aşağı gör işini,

sevgi labirint olsa da bilirsən çıxış-girişini,

gedişini saxla metro üçün ya da şahmat üçün,

hər oyunçunun gücünü qurban verməlisən bir mat üçün,

həyat üçün neynəmisən axı mənim ağıllı dəlim?

Flo Rida – Club Cant Handle Me mahnısına gedir yallı dəlim,

ən azından dəli olsa da ağıllıdı alimlərdən,

özünə cərrah deyən-adam öldürən bəzi həkimlərdən,

ağıllıdı mənim dəlim, çünki o mənim dəlimdi,

sizləri öldürən bomba deyil mənim əlimdi,

deyirlər terror olacaq, deyirler Qarabağ qayıdacaq,

görəsən bu millət qış yuxusundan nə vaxt ayılacaq….