mənə yalan söyləyiblər, bilirəm,

sevməmisən sən heç məni, anladım,

güzgünün qarşısına mən keçərək ,

dayanmadan hey özümü danladım.

 

necə aldanmışam sənin sözünə?..

özümdən də çox sənə inanırdım,

özümün sevgisindən də hətta çox,

sənin məni sevdiyini sanırdım.

 

sənin məni aldatdığından sonra,

heç özümə də inana bilmirəm,

o qədər əzab çəkirəm ki indi,

bu əzablara dayana bilmirəm.

 

niyə axı mənə yalan söylədin?

yandırdın sevgi şamımı  işıqda,

səni dəli kimi sevən ürəyim ,

indi olub darmadağın, qırıq da.

 

geri dönəcəyinə ümid yoxdu,

yuxularda belə mənə dönmürsən,

sənə “mələyim” deyərdim hər dəfə,

amma mələktək göylərdən enmirsən.

 

sənsizliyin xəyalını qururam,

qaranlıq otaq və çürümüş ürək,

toxuna bilməcəyəm sənə mən,

sənsizliyə də öyrəşim mən gərək.