hər an görürəm sənin yerinin boşluğunu,

yenə də hiss eliyirəm sevginin sərxoşluğunu,

gah o tərəfə gedir, gah da yenə o tərəfə,

artıq boş qalıbdır ömrümdəki son səhifə,

istərəm son səhifəmi sənin ilə doldurum,

istərəm dənizləri, okeanları dondurum,

istərəm, istərəm, istəmək pulsuzdu istərəm,

sevgini bir az kəmşirin, biraz da duzdu istərəm,

gözündən düşən damcıları əlimdə sıxmışam,

mənimlə güləşən nifrət hislərini yıxmışam,

çaxmışam şimşək kimi göylərdə yox amma yerdə,

mələksən qalx göylərə heykəltək dayanma yerdə,

heç bir dənə ayaq dəyməmiş küçədən keçdiyim an,

yadıma düşdü səni baxışlarla seçdiyim an,

mələk siman, məsum uzun düşüdürdü çox məni,

bilmədiyim bir uçuruma süründürdü çox məni,

yox məni öldürmədi sənin bu cür əzabların,

məni öldürdü içi yazılmamış, sözsüz kitabların,

səvabların, günahların yazıldı öz boynuna,

daha neçəsi aldanacaq sənin bu çirkin oynuna,

daha bəsdir, kifayətdi, yetər, dayan, stop!

bilmirəm sümüyüvə düşür göydən daş yoxsa hip-hop?,,,

antilop sürətlə qaçsa da zəifdi sənin kimi,

aslansa onu parçalayır güclüdü mənim kimi,

mənim kimi, sənin kimi, onun kimi, bizim kimi, sizin kimi, onlar kimi,

görəsən bu dünyada vecinə alır kimsə kim kimi?!

hakimi susdura biləcək yekə, böyük ciblər var,

Azərbaycanda tankın qabağına çıxa biləcək “cip”lər var…

bu qədər..