mənəm bahalı maşınların, evlərin sahibi,

 

mənəm bütün oyunların əvəzolunmaz qalibi,

 

hər addımda mənəm, hər alınan nəfəsdə mənəm,

 

ucsuz bucaqsız qalaktika da, dar qəfəs də mənəm,

 

səs də mənəm, oluram ucadan, həm də astadan,

 

bəzi beyinler, bəzi ürəklər ibarətdi taxtadan,

 

fantadan çıxan uduş dəyişdirib həyatını,

 

kimisi itirib sevgilisini, “mələyini”, “həyatını”,

 

əsas odur ki, itirmə biraz düşünə bilən aglını,

 

o ağılla hər kəsin oxuya bilərsən nağılını,

 

hər nağılın qəhrəmanı olmaqdan mən bezmişəm,

 

özünü nəhəng sayan aciz qüvvələri əzmişəm,

 

mən nəymişəm, biraz da tərifliyim haqla özümü,

 

məni tapmasınlar deyə təmizliyirəm izimi,

 

dar ağacınnan özümə doğrayıram qalın odunlar,

 

kibrit əvəzi istifadə olunur bəzi qadınlar,

 

mənəm sənə solmuş, ətirsiz çiçəklər göndərən,

 

mənəm səninçün yetişməmiş, kal meyvələr dərən,

 

mənəm dəyəri bir manat olmayan maşınlar sürən,

 

mənəm qapalı gözlərlə snayperdən uzağı görən,

 

mənəm “mənəm-mənəm” deyən, mənəm özümlə öyünən,

 

mənəm sənin qulağında ayrılıq mahnılarını deyinən,

 

artıq mən deyiləm sənin yanında yad kimi dayanan,

 

mənəm artıq kabus, pis yuxulardan birdəfəlik oyanan….

 

 

qulaq asın…