səni istər gecəm mənim,

 
xatırlar hər zaman səni,

 
niyə unutmusan məni?

 
yəqin asandı unutmaq,

 
məni qəlbindən soyutmaq,

 
necə dözər sənsiz ürək?

 
sənsizliyin acısıyla,

 
döyünəcək səssiz ürək,

 
əsər külək,

 
gələr mələk,

 
axan göz yaşları silər,

 
mənim beynimin içində,

 
olan yaddaşları silər,

 
gülər,

 
gedər,

 
birazca təsəlli edər,

 
o da gedər,

 
yenə qalaram mən yalnız,

 
sənsiz olaram mən yalnız,

 
birtəhər dözərəm buna,

 
sevgimiz çatıbdır sona,

 
inanmıram sən dönəsən,

 
qayıdasan ürəyimə,

 
xəyalıma, diləyimə,

 
sevirəm kəlməsin yenə,

 
eşitmərəm birdə səndən,

 
bəlkə eşidəcəm hərdən,

 
amma ki başqalarından,

 
üşüyürəm sənsiz indi,

 
dərdim ondu, yüzdü, mindi,

 
bunu bil qəlbim sənindi,

 
əbədi olaraq sənin,

 
əlimə dəyməyir əlin,

 
simanı görməyəcəm mən,

 
qəlbinə girməyəcəm mən,

 
qəlbin bağlıdır üzümə,

 
deyilən hər bir sözümə,

 
deyirəm mən öz özümə,

 
görəsən yenə sevəcək?

 
boş boş xəyallar qururam,

 
yaşasam da bu həyatda,

 
elə bil, sanki ölmüşəm,

 
tək təsəllim olacaq ki,

 
mən 2 il sevilmişəm…

 

 

 

 

P.S: Bu şeiri 14 iyun 2010-cu il saat 23:43-də yazmışam…

 

 

 

qulaq asın….