mən binayam, pəncərəmsən,
mən bir çayam, sən dərəmsən,

mən Əsliyəm, sən Kərəmsən,

mən bir evəm, sən bacamsan,
mən bir səsəm, sən sədamsan,
mən damaram, sən qanımsan,
mən bədənəm, sen canımsan,
mən ağacam, yarpağımsan,
mən çinaram, budağımsan,
mən öləcəm, cəlladımsan,
mən bir quşam, qanadımsan,
mən çiçəyəm, ləçəyimsən,
mən insanam, mələyimsən,

mən ürəyəm, damarımsan,
mən fikirəm, qərarımsan,
mən şeirəm, sən hecamsan,

mən aşağı, sən ucamsan,

mən ünvanam, sən küçəmsən,

mən bir işıq, sən gecəmsən,

mən buludam, yağışımsan,

mən bir gözəm, sən yaşımsan,

mən müəlliməm, tələbəmsən,
mən oyunam, qələbəmsən,
bircə onu bilirəm ki,
SƏN MƏNİMSƏN……….

 

 

qulaq asın…