sən ölürsən

artıq gedirsən önümdən

silinirsən uzun, bitməyən günümdən

hər sabahımdan dünümdən

sən ölürsən

ağlayırsan gecələrdə

yalnız tənha küçələrdə

içirsən dərmanları çox

yox deməyə insan yox

sən ölürsən

qalmısan yolda çarəsiz

göz yaşların şəffaf, təmiz

ayaqların cızıq-cızıq

ürəyin əlində qırıq

hönkürürsən dayanmadan

yuxulardan oyanmadan

sən ölürsən

haqsızlıqları görərək

yalnızlıqları görərək

hey qarşılıqsız sevərək

inanaraq məhəbbətə

sən ölürsən

yalan eşitməkdən bezərək ölürsən

ümüdünü eşqdən üzərək ölürsən

sonda isə mənə baxaraq gülürsən

qəlbimdə şimşəktək çaxaraq gülürsən

sən gülürsən…..

qulaq asın və smile🙂