günahsız sevgi istəyirəm yenə
nə yalan olsun, nə də bir xəyanət
uzadıram əlim çatmayır sənə
məndən niyə üz döndərib məhəbbət?..

damcı-damcı yağan yağısh könlümə
dərman kimi yayılır aram-aram
qır zəncirləri gəl qovuş könlümə
mən səni yad əllərdən qoruyaram

bizə düşmən kəsilib baxan gözlər
nifrət dolu baxışları görürəm
mənim qəlbim sənin qəlbini gözlər
qəlbindəki naxışları görürəm

üz döndərdi kədər bizdən, nəhayət
xoşbəxtik, xoşbəxtik biz bu həyatda
sevinc yaşı axır gözdən, nəhayət
daha nə istəyim bu kainatda?…