soyuq şaxtalı bir gecə mən yatağımda
artıq mesajsız qalan telefonum qucağımda
gözüm saatın asta-asta tərpənən əqrəbində
üzümdə saqqal, tük, saçım da it günündə
mənimçün sıradan bir gün, yatıb oyanacam
yenidən növbəti bir gün kamputerin qabağında dayanacam
yenə facebook profilim, yenə twitter, yenə bloq
yenə tualet, yenə hamam, yenə dükan əlimdə klok
daha düşünmürəm sabahın necə olacağını
hansı xatirələrlə yaddaşımda qalacağını
məni düşündürür ancaq və ancaq səhərin açılması
şaxtalı bir gündə günəşin bulud arasınnan saçılması
sənsizlik məni narahat edirdi əvvəlkindən az
kədər artıq məndə qalıb bir az-səninkindən az
yuxuya getdim həmin an, ayaqlarım üşüyərək
oyatdılar məni ayıl, oyanmaq vaxtıdı deyərək
ayılsam da fikrim qalmışdı mənim yuxumda
unutmuşdum, sənsizliyi atmışdım öz yuxumda
bacarmışdım yuxuda səni bir an silib atmağı
bacarmışdım yuxuda səni birdəfəlik unutmağı
yada salmamağı bacarmışdım sevincdən uçurdum
sevincdən “ayrılıq” yazılan buludlarda qaçırdım
bacarmışdım telefondakı mesajları oxuyub kədərlənmirdim
ötən günləri xatirələri yada salıb qəhərlənmirdim
məni incitmirdi daha yada düşən sənli günlərim
məni maraqlandırırdı gələcəyim, maraqlandırmırdı dünlərim
mən bacarmışdım hara baxırdımsa səni görmürdüm
mən bacarmışdım sənsizlikdən depresiyaya girmirdim

sənsizliyin daşını atmışam, hobbim olub gözəl həyat
qulağımda qulaqcığım əllərimdə fırlanan kainat

daha yadıma düşmür sənlə gizli görüşdüyümüz anlar
daha yadıma gəlmir sənlə gizli öpüşdüyümüz anlar
daha gəlmir mənə mesaj, daha gəlmir ayrılıq zəngləri
indi gəlir səhifə reklamları, “like” edilən şəkil linkləri
məni incitmir səninlə yaşadığım mənalı xoşbəxtlik
həyatim olub tam başqa, nə romantika, nə giclik
özümçün yaşıyıram yavaş-yavaş, özümçün yaşıyıram
vurduğun yaraların üstünü “ah” çəkmədən qaşıyıram
daha xoşbəxtem hər şey yolundadı firəvanlıq içindəyəm
bir gün “Google Earth”də Dubaydayam, bir gün Çindəyəm
özümçün fırlanıram o başa bu başa yorulmadan
birindən ayrılıram yeni sevginin təməli qurulmadan
yuxum gerçək olmuşdu unutmuşdum onu yuxudan ayılanda
belə xoşbəxtçilik yaşamamışdım heç vaxt həmin anda
indi yaydı oturmuşam evdə sərin içirəm “İcetea”
gecədi yatmaq vaxtıdı get yat Ezi…