Qəlbindəki sevgini yağış yuyub apardı
Sevərkən məni səndən, səni məndən qopardı
Biz sənlə gizlənərdik, sevgi bizi tapardı
İndi axtarıram mən, nə sevgi var, nə də sən…

Ne tez payız gəldi ki, heç yaya doymamışkən
Əhvalım hava kimi, hər an olub dəyişkən
Nə tez ayrıldın məndən, sevgimdən doymamış sən
İndi axtarıram mən, nə sevgi var, nə də sən…

Ağladınmı gecələr, hər kəsdən gizdi-gizdi
Sanırdım xoşbəxt idik, ikimiz-sizdi-bizdi
Ürəyimdə yaralar səndən qalan tək izdi
İndi axtarıram mən, nə sevgi var, nə də sən…

Qəlbimin sevincini, əsdi, dağıtdı külək
Sevgini daşıyırdı, ağlayırdı kəpənək
Mən səninçün qəhrəman, sən mənimçün bir mələk
İndi axtarıram mən, nə sevgi var, nə də sən…

Duyğularımdan sənə hədiyyə bağlamışdım
Verdiyin məhəbbəti qəlbimdə saxlamışdım
Sen gedərkən bilirsən nə qədər ağlamışdım?
İndi axtarıram mən, nə sevgi var, nə də sən…

İndi tək oturmuşam, düşünürəm tək səni
İtirmək çox çətindi dəhşət sevərək səni
Bilmirəm mən bilmirəm, unutmur ürək səni
İndi axtarıram mən, nə sevgi var, nə də sən…

Daha yazmayacağam, söz verirəm özümə
Üsyan edirlər daha göz yaşlarım gözümə
Xoşbəxtsənsə nə yaxşı, fikir vermə sözümə
İndi axtarmaram mən, nə sevgini, nə səni…..