bəlkə gedək buralardan?
ildırımların çaxmadığı, insanların ağlamadığı bir yerə
bizə oyunlar oynayan, bizi əzən, bizi basdıran şəhərə
xəyanət edək
bəlkə gedək buralardan?
barmaqlarımızın üstüylə hərəkət edərək səssiz
sən və mən – kimsəsiz
tərk edək hər şeyi
yazda gələn qaranquşları gözləmədən
ilk açan çiçəkləri qoxlamadan
iradəmizi yoxlamadan

bəlkə gedək buralardan?
qapıları açıq qoyaq, rahat axtarsınlar bizi
buludlarda gizlədərik kölgəmizi
ağaclara tapşırarıq deməzlər hara gedirik
bəlkə gedək buralardan?
sfetafor olmayan küçələrdə addımlarıq
heç kim qarışmayacaq ki
istədiyimiz cür xəyala dalarıq

bəlkə gedək buralardan?
saçlarımızı kəsək dibindən, hörüklərin azad olsun
kağızdan ev düzəldək, əllərimizi isitsin
sən nəğmə oxu, mən gitara çalım
bizi tüm dünya eşitsin

gedək?!

pi.es: qulağ assaz peşman olmazsız