Tag Archive: qəlbim


::: nə tez :::


 

 

 

 

 

bu gün tamam oldu 2 ilimiz,

ayrılığa nə tez öyrəşmisən sən?..

bir daha açmadı solan gülümüz,

ayrılığa nə tez öyrəşmisən sən?..

 

vurduğun yaralar qəlbimi dəlir,

ayrıldığımızı bax hər kəs bilir,

üzün gülür, həm də ürəyin gülür,

ayrılığa nə tez öyrəşmisən sən?..

 

itirmək istəməzdim heç vaxt səni,

sevməyəcəm daha kimi-kimsəni,

yaşayırsan heç nə olmamış kimi,

ayrılığa nə tez öyrəşmisən sən?..

 

ağlama demək olarmı heç gözə?

kimlər oyun oynadı görən bizə?,,,

qayıdışın olardı bir möcüzə,

ayrılığa nə tez öyrəşmisən sən?..

 

dərdimi danışıram qaranlığa,

ağlımdan çıxmırsan heç bir anlığa,

mən dözə bilmirəm bu ayrılığa,

ayrılığa nə tez öyrəşmisən sən?..

 

 

qulaq asın…

 

::: olmayacaqsan :::


 

 

 

 

 

istəmirəm daha gəlmə,

istəyirsən öl, ya ölmə,

istəyirsən gül, ya gülmə,

sən mənim olmayacaqsan..

 

qəlbimin sirri səndədi,

sən nə bilirsən eşq nədi?

o da mənə bu cür dedi:

“sən mənim olmayacaqsan”.

 

eşq naməsini göndərir,

üzünü mənə döndərir,

zamanın özü göstərir,

sən mənim olmayacaqsan.

 

sən də sevgi üçün sürün,

qəlbimə vurmusan düyün,

üsyan etdi qəlbim hər gün,

sən mənim olmayacaqsan.

 

ölmək istədim mən hətta,

səndən əl çəkmərəm əsla,

karandaşla yazdın misra:

“sən mənim olmayacaqsan”.

 

P.S: Bu şeiri 11 yanvar 2011-ci ildə saat 01:50-də yazmışam.

 

qulaq asın…